Millimiz Avropa çempionatına qələbə ilə başladı
Bizi izləyin

İdman

Millimiz Avropa çempionatına qələbə ilə başladı

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Bakıda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

Publika.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv Milli Gimnastika Arenasında Macarıstan yığmasını üstələyib – 3:0. Bununla da Azərbaycan millisi hesabına 3 xal yazıb.

Qeyd edək ki, Azərbaycan növbəti oyununu sentyabrın 24-də Polşaya qarşı keçirəcək. Milli Gimnastika Arenasında baş tutacaq matç saat 18:00-da start götürəcək.

A qrupu

Macarıstan – Azərbaycan 0:2 (24:25, 14:25, 16:25)

Bakı. Milli Gimnastika Arenası

Oxumağa davam et
Reklam
Reklam

Gündəm