Premyer Liqada ikinci qələbə sevinci
Bizi izləyin

İdman

Premyer Liqada ikinci qələbə sevinci

"Səbail" klubu futbol üzrə Azərbaycan Premyer Liqasında ikinci qələbəsini qazanıb.

Publika.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv VI turda "Dalğa Arena"da "Kəpəz"i məğlubiyyətə uğradıb - 1:0.

Yeganə qolu 60-cı dəqiqədə Elman Taqayev vurub. Bununla da "Səbail" xallarını 6-ya yüksəldərək, 6-cı pillədə möhkəmlənib.

Bir xala malik "Kəpəz" isə sonuncu pillədə qalıb.

Qeyd edək ki, "Səbail" ilk qələbəsini II turda "Neftçi" üzərində qazanıb - 1:0.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm