Çili mediası: Çempionlar Liqasında şəhəri olmayan komanda...
Bizi izləyin

İdman

Çili mediası: Çempionlar Liqasında şəhəri olmayan komanda...

Çilinin “biobiochili.cl” portalında Ağdamın “Qarabağ” klubu ilə bağlı məqalə dərc olunub.

Axar.az xəbər verir ki, “Çempionlar Liqası arzusu ilə yaşayan şəhəri olmayan komanda” sərlövhəli məqalədə klubun UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan komandası olması vurğulanıb.

Yazıda klubun bu mərhələyə yüksələnədək əldə etdiyi qələbələr diqqətə çatdırılıb. Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı doğma şəhəri Ağdamdan qaçqın düşənlərdən biri də məhz “Qarabağ” komandasıdır. Komanda bu şəraitdə də xalqını və azarkeşlərini sevindirməkdə davam edir.

Yazıda “Qarabağ”ın tarixi, eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verilib, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi diqqətə çatdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm