ÇL, 2-ci tur: "Qarabağ" "Roma"nı qəbul edir (YENİLƏNİR)
Bizi izləyin

İdman

ÇL, 2-ci tur: "Qarabağ" "Roma"nı qəbul edir (YENİLƏNİR)

“Qarabağ” bu gün növbəti avrokubok matçına çıxacaq.

Publika.az xəbər verir ki, Azərbaycan çempionu Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Roma” ilə qarşılaşacaq.

Bu görüş Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının ölkəmizdə keçirilən ilk qarşılaşması kimi düşəcək. İndiyədək yalnız təsnifat mərhələsi görüşlərini izləyən futbolsevərlər qitənin ən nüfuzlu klub turnirinin əsas raundunu canlı görə biləcəklər.

Bakı Olimpiya Stadionunda baş tutacaq tarixi qarşılaşmaya hər iki komanda yüksək əhval-ruhiyyədə çıxacaq. Belə ki, rəqiblər ölkə çempionatındakı növbəti qələbədən sonra avrokubokda da eyni uğura köklənib.

İlk turun “Çelsi” ilə görüşü ərəfəsində çempionat matçı təxirə salınan və bunun acısını Londonda yaşayan Qurban Qurbanovun yetirmələri “Roma” ilə matç ərəfəsində böyük hesablı qələbə əldə edib.

“Qarabağ” Çempionlar Liqasının debütantı olduğundan qarşılaşmanın favoriti qonaqlar hesab olunur. İlk matçında “Atletiko” ilə qolsuz heç-heçə edən Eysebio de Françeskonun yetirmələri azarkeşlərinin gözlədiyi qələbəni Bakıda əldə etmək niyyətindədir. Heyətində ulduz futbolçular da yer alan Apennin təmsilçisi növbəti mərhələyə vəsiqə üçün mübarizədə vacib olan xalları səfərdə qazanmağa iddialıdır.

“Çelsi” şokunu unutdurmaq əzmində olan “Qarabağ” isə ilk ev oyununda sensasiya etmək üçün mübarizə aparacaq. Qrup mərhələsində qazanılacaq ilk xal inandırıcı olmasa da, “Stemford Bric”dəki biabırçılığı sığortalamaq üçün zəruridir. Bakı Olimpiya Stadionunda olacaq anşlaqı nəzərə alsaq, fanatların dəstəyi də çempionumuzun lehinə olacaq. 70 minə yaxın tamaşaçının eyni görüşə toplaşması da Azərbaycan futbolu tarixində yeni rekord olacaq. “Qarabağ” bu rekordun müəllifi olan azarkeşlərini uğurlu nəticə ilə sevindirməyə borcludur.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda baş tutacaq “Qarabağ” – “Roma” matçı saat 20:00-da başlayacaq. (apasport.az)

Çempionlar Liqası. Qrup mərhələsi, II tur

C qrupu

27 sentyabr

20:00. “Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya)

Baş hakim: Artur Dias
Baş hakimin köməkçiləri: Rui Tavares, Paulo Soares
Əlavə hakim köməkçiləri: Tiaqo Martins, Joao Pineyro
Dördüncü hakim: Bruno Rodriqes (hamısı Portuqaliya)
Hakim-inspektor: Haim Yakov (İsrail)
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)

Bakı Olimpiya Stadionu

1.

Çelsi

1

1

0

0

6-0

3

2.

Roma

1

0

1

0

0-0

1

3.

Atletiko

1

0

1

0

0-0

1

4.

Qarabağ

1

0

0

1

0-6

0

Oxumağa davam et
Reklam
Reklam

Gündəm