Qurban Qurbanov: "Rəqibin ustalıq səviyyəsi özünü göstərdi"
Bizi izləyin

İdman

Qurban Qurbanov: "Rəqibin ustalıq səviyyəsi özünü göstərdi"

Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda evdə “Roma”ya uduzan (1:2) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oyundan sonra mətbuat konfransı keçirilib.

Publika.az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib: “Ağır oyun oldu. Xüsusilə, oyunun əvvəli. Rəqibin ustalıq səviyyəsi özünü göstərdi. Lakin 0:2-dən sonra futbolçularım daha diqqətli oynamağa başladılar. Vaxt irəlilədikcə rəqibi daha yaxşı tanımağa başladıq. Evdə ilk oyunumuz idi. Məğlub olsaq belə, azarkeşlərə gözəl futbol yaşatmaq istədik. Rəqib layiqli qələbə qazandı. Futbolçularımın da çıxışından razı qaldım. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm