“Qarabağ”ın qapıçısı SATIŞA ÇIXARILDI: qiyməti SİZİ ŞOKA SALACAQ - FOTO
Bizi izləyin

İdman

“Qarabağ”ın qapıçısı SATIŞA ÇIXARILDI: qiyməti SİZİ ŞOKA SALACAQ - FOTO

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” futbol klubunun qapıçısı İbrahim Şehiç satışa çıxarılıb.

Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin birində məlumat yayılıb.

Belə ki, Ruslan adlı sosial şəbəkə istifadəçisi satış elanları saytına qapıçının fotosunu yerləşdirib və satıldığını yazıb:

“Qarabağın qapıçısı “İbrahim Şehiç” Çempionlar Liqasında göstərdiyi səriştəsiz oyuna görə satılır. Barter mümkündür. (Əlcəksiz satılır)”.

O, Bosniya və Hersoqovinalı qapıçıya 20.30 AZN məbləğində satış dəyəri qoyub.

Elanın fotosu sosial şəbəklərdə sürətlə yayılıb və izləyicilərin gülüşünə səbəb olub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm