Prosineçki: "Hər şeyə müqaviləm başa çatandan sonra aydınlıq gələcək"
Bizi izləyin

İdman

Prosineçki: "Hər şeyə müqaviləm başa çatandan sonra aydınlıq gələcək"

Millimizin baş məşqçisi Robert Prosineçki gələcək karyerası ilə bağlı danışıb.

Publika.az goal.az-a istinadən xəbər verir ki, AFFA ilə qışa qədər müqaviləsi olan çalşdırıcı daha nailiyyətlər qazanmaq istədiyini vurğulayıb.

"Baş məşqçi kimi daha yaxşı inkişaf etmək istəyirəmsə, irəli getməliyəm. Bu səbəbdən də, ürəyimdən gələn səsə qulaq asacağam. Düşünürəm ki, daha ciddi uğrular əldə etmək üçün potensialım və gücüm var. Hər şeyə müqaviləm başa çatandan sonra aydınlıq gələcək".

Prosineçkinin AFFA ilə müqaviləsi dekabrın 4-də başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm