İdman
Qurban Qurbanov: “Oyunçular arasında anlaşma yox idi”
Topaz Premyer Liqasının 7-ci turunda evdə “Zirə” ilə qolsuz bərabərə qalan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabalandırıb.
Publika.az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:
- Ağır oyun oldu. Topa istədiyimiz kimi sahib ola bilmirdik. Oyunun sonuna kimi mübarizə apardıq. Rəqib son ana kimi bizə rahat hərəkət etməyə imkan vermədi. Heyətdə çox dəyişiklik etmişdim. Bu oyunçular bir yerdə az çıxış ediblər. Ancaq oyunçularımızdan razı qaldım. Ayxan Abbasova və komandasına gələcək oyunlarda uğurlar arzulayıram.
- Yakub Jezniçakın zədəsi nə yerdədi?
- Onunla bağlı hər şeyə sabah aydınlıq gələcək.
- Komanda son dəqiqələrə kimi real qol epizodu yarada
bilmədi. Bu nə ilə bağlıdı?
- Dediyim kimi, oyunçular arasında anlaşma yaxşı deyildi. Həm də,
bu, rəqibin də oyunu ilə bağlı idi. Yəni hər iki amil oyunumuza
təsir etdi.
- Çempionatda yaranacaq fasilə komandaya necə təsir
edəcək?
- Bu, yeni bir şey deyil. Həmişə olur. Əlimizdə 8-9 futbolçu
qalacaq. Hər oyunçumuz iki qarşılaşmada şans qazanacaq. Ancaq
dediyim kimi, bu, bizim üçün normal haldı.
- Ötən il ilk dövrədən sonra iki məğlubiyyətiniz var
idi. İndi isə yanız bir heç-heçəniz var. Bu, “Qarabağ”ın gücündən
xəbər verir, ya rəqiblərin zəifliyindən?
- Sadəcə, bu il heyətdə yetərincə oyunçumuz var. Ötən il
keçirdiyimiz oyunlarda da zəif təsir bağışlamamışdıq. Ola bilsin,
bu il daha hazırlıqlıyıq.
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı