Gürcüstanda futbolçu oyundan əvvəl vəfat etdi
Bizi izləyin

İdman

Gürcüstanda futbolçu oyundan əvvəl vəfat etdi

Gürcüstan təmsilçisi “Zuqudidi”nin qapıçısı Şota Maminaşvili vəfat edib.

Apasport.az saytının məlumatına görə, “çərçivə qoruyucusu” “VİT Corciya” ilə oyundan əvvəl isinmə hərəkətləri edərkən huşunu itirib.

Onu təcili xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə əlaqədar qarşılaşma təxirə salınıb.

Qeyd edək ki, 31 yaşlı Maminaşvili daha çox Batumi “Dinamo”sundakı çıxışı ilə məşhur idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm