• USD 1,7000 0,00% EUR 2,0440 -0,45%
    • GBP 2,3606 -0,61% RUB 0,0229 0,00%

"Barselona" La Liqada at oynadır: 7 oyun, 7 qələbə

  • İdman
  • 2 Oktyabr 2017 09:00
  • 743 Baxış
"Barselona" La Liqada at oynadır: 7 oyun, 7 qələbə

İspaniya La Liqasında 7-ci turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Barselona" və "Real" turu itkisiz başa vurub. Dünən Kataloniyada keçirilən referenduma görə "Las Palmas"ı boş tribunalar önündə qəbul edən "Barsa" inamlı qələbə qazanıb. "Real" isə evdə Kataloniyanın digər təmsilçisi "Espanyol"u məğlub edib.

"Qarabağ"ın ÇL-in qrup mərhələsindəki rəqiblərindən "Atletiko" "Leqanes"lə oyunda 2 xal itirib.

İspaniya La Liqası, 7-ci tur

29 sentyabr

Selta - Jirona 3:3

Qol: Sisto, 9. Qomes, 16. Vass, 76 - Portu, 10. Stuani, 15. Xuanpe, 86.

30 sentyabr

Deportivo - Xetafe 2:1

Qol: Peres, 66. Andone, 87 - Amat, 54.

Sevilya - Malaqa 2:0

Qol: Baneqa, 68-pen. Muriel, 70.

Levante - Alaves 0:2

Qol: El Haddadi, 33. Medran, 81.

Leqanes - Atletiko 0:0

1 oktyabr

Real Sosyedad - Betis 4:4

Qol: Xose, 13. Oyarzabal, 26. Prieto 57. Lyorente, 86 - Sanabriya, 6. Feddal, 28. Xoakin, 46. Leon, 84.

Barselona - Las Palmas 3:0

Qol: Buskets, 49. Messi, 70; 77.

Valensiya - Atletik 3:2

Qol: Zaza, 27. Parexo, 34-pen. Rodriqo, 66 - Aduris, 59. Qarsiya, 76.

Vilyarreal - Eybar 3:0

Qol: Bakambu, 25; 52; 76-pen.

Real - Espanyol 2:0

Qol: İsko, 30; 71.

Bombardirlər: Messi (Barselona) - 9. Zaza (Valensiya) - 5. Qomes (Selta) - 4.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR