Azarkeşlər məğlubiyyətə görə futbolçuları əzişdirdi
Bizi izləyin

İdman

Azarkeşlər məğlubiyyətə görə futbolçuları əzişdirdi

Polşanın “Legiya” futbol klubunun futbolçuları azarkeşlər tərəfindən döyülüb.

Publika.az xəbər verir ki, ölkə çempionatının 11-ci turunda “Lex”ə böyükhesablı məğlubiyyət (0:3) fanatları hiddətləndirib.

Futbolçular oyundan sonra stadiondan çıxıb avtobusa minmək istəyəndə onları 50-yə yaxın azarkeş qarşılayıb.

Futbolçular ilk öncə azarkeşlərin onlarla söhbətləşmək istədiyini düşünüb. Ancaq gözü qızan fanatlar futbolçulara hücum edərək yumruq və təpik zərbələri endiriblər.

Davadan sonra azarkeşlər futbolçulara “belə oynasaz, yenə gələcəyik” mesajını veriblər.

Xatırladaq ki, 11 turdan sonra Polşa çempionu turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.

Pərviz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm