• USD 1,7000 0,00% EUR 1,9881 -0,26%
    • GBP 2,3304 +0,22% RUB 0,0235 +0,43%

Pike meydanı tərk etdi, “Barselona” fəaliyyətini dayandırdı - İspaniyada böhran davam edir

  • İdman
  • 3 Oktyabr 2017 11:07
  • 1 236 Baxış
Pike meydanı tərk etdi, “Barselona” fəaliyyətini dayandırdı - İspaniyada böhran davam edir

“Barselona” futbol klubu Kataloniyadakı müstəqillik cəhdlərini dəstəkləməkdə davam edir.

Publika.az xəbər verir ki, klub ümumi etirazlara qatılmaq üçün ofislərini bağlayıb və məşqləri təxirə salıb.

“Nou Kamp” stadionunda mətbuat konfransı təşkil edən klub prezidenti Jozef Mariya Bartomeu Kataloniya gerçəkliklərini bütün dünyaya göstərməyə davam edəcəklərini bildirib:

“Tarixi bir dönəmdən keçirik və ölkəmizin müstəqilliyinə çox bağlıyıq. Vətəndaşlara sayğı çərçivəsində siyasi bir həll yolu tapılmasını istəyirik. Kataloniyaya sadiqik və bunu əlimizdəki bütün imkanlarla göstərəcəyik”.

Prezident La Liqanın 7-ci həftəsində “Las Palmas” klubu ilə matçını azarkeşsiz keçirən “Barselona”nın liqadan ayrılması ilə bağlı sualları da cavablandırıb:

“Katalon polisi matçın normal şərtlər altında keçirilə biləcəyini demişdi. Lakin biz Kataloniyanın yaşadığı fövqəladə vəziyyətlə bağlı matçın təxirə salınmasını istədik. Amma təklifimiz qəbul edilmədi və biz alternativi seçərək matçı azarkeşsiz oynadıq. La Liqadan ayrılmaqla bağlı qərarı idarə heyətimiz zamanı gələndə qəbul edəcək”.

Qeyd edək ki, müstəqillik referendumuna ən çox dəstək olan klubun ulduzu Cerard Pike milli komandanın məşqləri zamanı azarkeşlərin sərt reaksiyalarına məruz qalıb. Azarkeşlər onu xəyanətkar adlandıraraq millini tərk etməsini istəyib. Təhqirlərə dözə bilməyən C.Pike məşq meydançasını tərk edib.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR