Üzgüçümüz Dünya Kubokunun qalibi oldu
Bizi izləyin

İdman

Üzgüçümüz Dünya Kubokunun qalibi oldu

Azərbaycan üzgüçüsü Maksim Şemberev Dohada (Qətər) keçirilən üzgüçülük üzrə Dünya kuboku mərhələsinin qalibi olub.

Publika.az xəbər verir ki, Şemberov 400 metr məsafəyə kompleks üzməkdə 4.06,72 dəqiqəlik nəticə ilə Ayrton Suini (CAR), Gergeli Dyurta (Macarıstan) və Daniil Pasınokvu (Rusiya) qabaqlayıb.

Yarış 2 gün davam edəcək.

Kompleks. 400 m

1. Maksim Şemberev (Azərbaycan) – 4.06,72.

2. Ayrton Suini (CAR) – 4.07,04.

3. Gergeli Dyurta (Macarıstan) – 4.09,58.

4. Daniil Pasınkov (Rusiya) – 4.10,38.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm