Suriya “Dünya Kuboku”na namizəd oldu
Bizi izləyin

İdman

Suriya “Dünya Kuboku”na namizəd oldu

"2018 Dünya Kuboku Asiya" seçimlərinə qatılan Suriya milli komandası play off mərhələsinin ilk matçına çıxacaq.

Publika.az xəbər verir ki, Avstraliya təmsilçisi ilə qarşılaşan Suriya millisi ölkə tarixində ilk dəfə Dünya Kubokuna namizəd olmaq üçün yarışacaq.

Hazırda FİFA-nın reytinq siyahısında 75-ci yerdə olan Suriya Asiya seçimlərinin 3-cü turunda Çin və Qətər kimi güclü komandaları geridə qoyub və 3-cü sırada qərarlaşıb.

Beləliklə, Suriya son 3 Dünya Kubokunda iştirak edən Avstraliya ilə olduqca çətin duelloya girəcək. Komandanın tək motivasiyası isə həyatları müharibədə darmadağın olan yurddaşlarını az da olsa, sevindirə bilməkdir.

Suriya Milli komandası hər nə qədər ölkələrinin birliyi üçün mübarizə aparmağa çalışsalar da, toplumda sözü keçən bir neçə nəfər tərəfindən Bəşər Əsəd rejiminin təxribat vasitəsi kimi təqdim edilir. Hətta rejimə müxalif olan futbolçuların qəfildən yoxa çıxdıqları bildirilir.

Ölkədəki fövqəladə vəziyyət səbəbilə ev oyunlarını vətənində keçirə bilməyən komanda Avstraliya təmsilçisini Malayziyada yerləşən “Hanq Yebat” stadionunda qonaq edəcək. Play off matçının revanş oyunu isə 10 oktyabrda Sidney şəhərində baş tutacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm