İdman
Prosineçki: "Nə qədər ki mən burdayam, o, milliyə dəvət edilməyəcək"
DÇ-2018-in seçmə mərhələsində evdə Çexiyaya uduzan (1:2) Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Publika.az xəbər verir ki, xorvat mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- Oyundan qabaq da demişdim ki, bizi çətin oyun gözləyir. Bu gün bunun bir daha şahidi olduq. Qol buraxdıqdan sonra özümüzə gəlib hesabı bərabərləşdirə bildik, Lakin təəssüf ki, rəqib 2-ci qolu vura bildi. Şeydayevin yaxşı imkan olsa da, dəyərləndirə bilmədi. Bu oyunda uduzmaya bilərdik. Komandamın oyunundan razı qaldım.
- Almaniya ilə matçdan sonra Bakıya qayıdacaqsız, ya bu
sizin Azərbaycanda son mətbuat konfransınızdı?
- Bəli, Almaniya ilı qarşılaşmadan sonra Bakıya qayıdacam. Çünki
mənim AFFA ilə müqaviləm var. Buna görə, qayıdıb, danışıqlar
aparacağıq. Bundan sonra millidəki gələcək taleyimə aydınlıq
gələcək.
- Millidə qalsaz, hansı dəyişiklikləri
edəcəksiz?
- Futbolda səhvlər olur, bu gün də səhvlərə yol verdik. Əsasən,
standart vəziyyətlərdə çox səhv edirik. Mən qalsam da, qalmasam da
bəzi dəyişikliklər olmalıdı. Rəşad karyerasını bitirib. Onun
mövqeyinə oyunçu cəlb edilməlidi. Bundan başqa, gənc oyunçulara
ehtiyac var. Yəqin razılaşarsız ki, mən gəldikdən sonra millinin
oyununda irəliləyiş var. Daha baxımlı oyun sərgiləyirik. Bu gün də
gənc oyunçulardan Mahir Mədətova şans verdim. Bəlkə də, əsas
heyətdə ona şans vermədiyim üçün incimişdi. Bu gün özünü yaxşı
tərəfdən göstərə bilmədi.
- “Bursaspor”un əsas üzvlərindən biri Dəniz Yılmaza niyə
dəvət göndərmirsiz?
- Bu suala indiyə kimi cavab verməmişdim. Ancaq indi
cavablandıracam. Martda Almaniya ilə oyunda Dəniz əsas heyətdə
çıxmalıydı, lakin çıxmaq istəmədi. O oyunçu ki millidə oynamaq
istəmir, onun millidə yeri yoxdu. Nə qədər ki, mən burdayam, o,
milliyə dəvət edilməyəcək.
- Bəs imtina etməsinin səbəbi nə idi?
- Çünki onu istəmədiyi mövqedə oynadacaqdım. Siz bir jurnalist kimi
cavab verin, futbolçunun ona təklif olunan mövqedə oynamağa etiraz
etmək haqqı var? O, “Bursaspor”da da ikinci heyətə göndərilmişdi,
indi də nadir hallarda şans qazanır.
- Bura gələn məşqçilər niyə problemin əsasən nədə
olduğunu demirlər?
- Problem barədə həmişə danışmışam. Serbiyada, Xorvatiyada
istedadlı futbolçular çoxdu. Bu ölkənin futbolçuları güclü
ölkələrin çempionatında çıxış edirlər. Ancaq burda tam fərqlidi.
Ölkə çempionatında çıxış edn Bədavi Hüseynov və Rəşad Sadıqov ölkə
çempionatında kofe içə-içə oynaya bilərlər. Problem odu ki, bizdə
top-ölkə çempionatlarında oynayacaq futbolçuların olmamasıdı.
- Bəs belə olduğu halda Almaniya ilə matçda nəyə ümid
edirsiz?
- Onlarla oynamaq çətindi. Bu, təkcə bizim problem deyil. Onlara
qarşı sürprzi etmək çətindi. Bədavi Hüseynov zədəlidi. Həmin oyunda
şans qazanıb-qazanmayacağı bəlli deyil. Cəmi 3 gün vaxtımız var.
Yaxşı mübarizə aparmağa çalışacağıq.
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ