• USD 1,7000 0,00% EUR 2,0697 +0,19%
    • GBP 2,4069 -0,03% RUB 0,0231 +0,87%

Yarolim: "Azərbaycana daha çox qol vurmaq istəyərdik"

  • İdman
  • 6 Oktyabr 2017 00:38
  • 533 Baxış
Yarolim: "Azərbaycana daha çox qol vurmaq istəyərdik"

"Qalib gəlsək də, səhvlərimiz oldu. Xüsusilə, matçın ikinci hissəsində rəqib yaxşı təsir bağışladı. Rəqibin müdafiə xətti daha yaxşı idi. Daha çox qol vurmaq istəyərdik. Ancaq alınmadı. Rəqib gözlədiyim kimi çıxış etdi. Azərbaycan millisinin oyununu yüksək qiymətləndirirəm".

Publika.az xəbər verir ki, bunu Çexiya millisinin baş məşqçisi Karel Yarolim Bakıda Azərbaycan yığmasına 2:1 hesabı ilə qalib gəldikləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

Bugünkü oyuna görə işinizi necə qiymətləndirirsiniz?

- Oyundan öncə də demişdim, bu məsələlərlə məşğul olmuram. Burada gələcək taleyimə hələ ki, tam aydınlıq gəlməyib. İndi yalnız qarşıdakı oyun barədə düşünürəm.

Millidə gələcəkdə dəyişikliklər gözlənilir?

- Komandamızda çox dəyişikliklər olub. Bu gün demək olar ki, Ostravadakı ilk görüşdəki heyət çıxış edirdi. Son oyunlarımızda yalnız zədələrlə bağlı bəzi dəyişikliklər olub. Gələcəkdə yeni futbolçular da dəvət oluna bilər.

Azərbaycan millisini məğlub edən ilk çex məşqçi oldunuz...

- Bu, ilk dəfə olub? (Jurnalistlərdən təsdiq cavabı aldıqdan sonra sözünə davam edir) Bu barədə düşünməmişdim. Hazırda özümü qalib kimi hiss edirəm.

Komanda əldə etdiyi fürsətləri dəyərləndirə bilmir. Bunun səbəbi nədi?

- Bu problemi aradan qaldıramağa çalışırıq. Ostravadakı oyunla müqayisədə fürsətləri daha yaxşı dəyərləndirdik. Fikrimcə, oyundan-oyuna daha yaxşı çıxış edirik.

Yəqin xəbəriniz var, Kamran Ağayev Çexiyanın “Mlada Boleslav” klubunda çıxış edir. Ümumiyyətlə, onun çıxışını necə dəyərləndirirsiniz? Sizcə, o, milliyə layiq qapıçıdır?

- Layiq olub-olmaması barədə danışmaq istəməzdim. Çünki Azərbaycan millisinin baş məşqçisi var və buna o, qərar verir. Onu yalnız millinin oyunlarında görmüşəm. “Mlada”da yalnız ilk oyunundan xəbərim var idi. Bildiyim qədərilə həmin oyunda yaxşı təsir bağışlamamışdı.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR