Əzəli rəqiblər bu dəfə siyasi platformada üz-üzə gəldi: “El Classico”nun Kataloniya mübahisəsi
Bizi izləyin

İdman

Əzəli rəqiblər bu dəfə siyasi platformada üz-üzə gəldi: “El Classico”nun Kataloniya mübahisəsi

Madridin “Real” futbol klubunun kapitanı Serjio Ramos referendumu qanundankənar elan edən İspaniya kralına tərif yağdırıb.

Publika.az xəbər verir ki, futbolçu bununla “Barselona”nın müdafiəçisi C.Pikeyə olan kinayəli yanaşmasını ortaya qoyub.

Pike qanundankənar elan edilməsinə baxmayaraq, referendumu dəstəkləmiş və səsverməyə qatılmışdı. Futbolçu ispan polisinin səsverməyə gələn insanlara qarşı sərt davranmasını da dilə gətirmişdi.

İspaniya kralı VI Felipe isə Kataloniyada müstəqillik referendum ilə birlikdə səsvermənin də qanundankənar olduğunu açıqlamışdı. Lakin açıqlamasında ispan polisinin dinc xalqa qarşı sərt davranışlarına toxunmamışdı.

Serjio Ramos isə bu hadisələrə bitərəf qalmayaraq, kralı dəstəklədiyini və onun davranışlarını təqdir etdiyini deyib:

“Ona təzim edirəm. “Atletiko Madrid” azarkeşi olsa da, kralı sevirəm. O, bütün İspaniya xalqı üçün önəmlidir”.

Qeyd edək ki, S.Ramos bir həftə öncə verdiyi açıqlamada C.Pikenin fikirlərini özünə saxlamasını tövsiyə etmişdi. Lakin xarakterlərinin fərqli olmasına baxmayaraq, münasibətlərinin yaxşı olduğunu da vurğulamışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm