“Barselona” Neymardan qisasını aldı
Bizi izləyin

İdman

“Barselona” Neymardan qisasını aldı

Fransanın “PSJ” futbol klubunun 222 milyona “Barselona”dan transfer etdiyi ulduz futbolçu Neymar zədələnib.

Publika.az xəbər verir ki, Braziliya milli komandasının kapitanı elə yığmanın məşqində zədə alıb.

Maraqlısı odur ki, Neymar "Barselona"nın bu yay Çindən transfer etdiyi futbolçu Paulinyo ilə toqquşub və bu zaman zədələnib. Ulduz futbolçu aldığı zədə səbəbilə uzun müddət yerdə qalıb.

Bu hadisə "Barselona" azarkeşlərinin sevincinə səbəb olub. Onlar sevinclərini gizlətməyərək sosial şəbəkələrdə bu haqda paylaşımlar edib. Azarkeşlər Paulinyonun hərəkətinin Neymara verilən bir mesaj olduğunu deyib.

Azarkeşlərin sevinməsinin səbəbi isə bir zamanlar “Barselona” forması geyinən hücumçunun komandasına “xəyanət” edərək “PSJ”yə getməsi olub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm