Futbol tarixində bir ilk - Ömürlük müqavilə bağlandı
Bizi izləyin

İdman

Futbol tarixində bir ilk - Ömürlük müqavilə bağlandı

İspaniyanın “Barselona” futbol klubu mövsüm sonunda müqaviləsinin müddəti bitən Andres İnyesta ilə kontraktının vaxtını uzadıb.

Publika.az xəbər verir ki, klub təcrübəli oyunçu ilə ömürlük müqavilə imzaladığını açıqlayıb. Beləliklə, ulduz futbolçu kariyerasının sonuna qədər “Barselona” forması geyinəcək.

Kataloniya klubu İnyestadan sonra, komandanın dünyaca məşhur ulduzu Leonel Messinin də 2018-ci ildə bitəcək müqaviləsini təzələmək niyyətindədir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm