İspaniya Messisiz La Liqa seyr edəcək
Bizi izləyin

İdman

İspaniya Messisiz La Liqa seyr edəcək

1 oktyabr tarixində keçirilən Kataloniya müstəqillik referendumu futbol dünyasına da təsirsiz ötüşmədi.

Publika.az xəbər verir ki, Kataloniyanın müstəqilliyinə dəstək verən klubların La Liqadan kənarlaşdırılacağı bildirilib.

Bu barədə İspaniya Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tebas açıqlama verib:

“Kataloniyanın birtərəfli qaydada müstəqillik elan etməsi halında La Liqadakı Kataloniya klublarını təcili toplantıya çağıracam. Müstəqilliyi dəstəkləyənlər La Liqadan kənarlaşdırılacaq. Bizim vəzifəmiz hər kəsi dinləməkdir, amma idarəçiliyin şərtlərini də yerinə yetirməliyik.

Təəssüf ki, "Barselona" və "Espanyol" klublarının qatılmadığı bir La Liqanın keçirilməsi ehtimalı var. Belə bir şey olsa, La Liqa əhəmiyyətli bir dəyərini itirəcək”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm