• USD 1,7000 0,00% EUR 2,0014 -0,31%
    • GBP 2,3463 -0,22% RUB 0,0234 -0,43%

“Qızıl Top”a bütün namizədlər məlum oldu - SİYAHI (YENİLƏNDİ)

  • İdman
  • 9 Oktyabr 2017 22:16
  • 2 103 Baxış
“Qızıl Top”a bütün namizədlər məlum oldu - SİYAHI

"France Football" nəşri 2017-ci ilin yekunlarına əsasən, "Qızıl top"a 30 namizəd futbolçunun adlarını açıqlayıb.

Publika.az xəbər verir ki, ən çox oyunçu İspaniyanın "Real" klubundandır.

Çempionlar Liqasının son qalibinin heyətindən 7 futbolçu siyahıya düşüb. Onlardan biri Kriştianu Ronaldudur.

Namizədlərin tam siyahısı:

Kriştianu Ronaldu ("Real Madrid", Portuqaliya), Eden Azar ("Çelsi", Belçika), Leonardo Bonuççi ("Milan", İtaliya), İsko ("Real Madrid", İspaniya), Kilian Mbappe (PSJ, Fransa), Lionel Messi ("Barselona", Argentina), Pyer-Emerik Obameyanq ("Borussiya" Dortmund, Almaniya), Edinson Kavani (PSJ, Fransa), Mats Hummels ("Bavariya", Almaniya), Kərim Benzema ("Real Madrid", İspaniya), Antuan Qrizmann ("Atletiko", Fransa), Toni Kroos ("Real Madrid", Almaniya), Canluici Buffon ("Yuventus", İtaliya), Sadio Mane ("Liverpul", Seneqal), Radamel Falkao ("Monako", Kolumbiya), Kevin de Breyne ("Mançester Siti", Belçika), Robert Levandovski ("Bavariya", Polşa), David de Xea ("Mançester Yunayted", İspaniya), Harri Keyn ("Tottenhem", İngiltərə), Edin Ceko ("Roma", Bosniya və Herseqovina), Luis Suares ("Barselona", Uruqvay), Serxio Ramos ("Real Madrid", İspaniya), Yan Oblak ("Atletiko", Sloveniya), Filippe Koutinyo ("Liverpul", Braziliya), Dris Martens ("Napoli", Belçika), Neymar ("Barselona", Braziliya), Luka Modriç ("Real Madrid", Xorvatiya), Paulo Dibala ("Yuventus", Argentina), Marselo ("Real Madrid", Braziliya), NQolo Kante ("Çelsi", Fransa).

***

Fransanın nüfuzlu “France Football” nəşri “Qızıl top” mükafatına daha 5 namizədin adını açıqlayıb.

Publika.az xəbər verir ki, bunlar Canluici Buffon (“Yuventus”), Antuan Qrizmann (“Atletiko”), Radamel Falkao (“Monako”), Toni Kroos (“Real”) və Sadio Manedir (“Liverpul”).

Daha öncə açıqlanan siyahıda isə Kevin de Bruyne (“Mançester Siti”, Belçika), Robert Levandovski (“Bavariya”, Polşa), David De Xea (“Mançester Yunayted”, İspaniya), Harri Keyn (“Tottenhem”, İngiltərə), Edin Dzekonun (“Roma”, Bosniya və Herseqovina), Luis Suares (“Barselona”, Uruqvay), Yan Oblak (“Atletiko”, Sloveniya), Serxio Ramos (“Real”, İspaniya), Filipe Koutinyo (“Liverpul”, Braziliya), Dris Mertens (“Napoli”, Belçika), Neymar (PSJ/"Barselona", Braziliya), Luka Modriç ("Real", Xorvatiya), Paulo Dibala ("Yuventus", Argentina), Marselo ("Real", Braziliya) və Nqolo Kantenin ("Çelsi", Fransa) adları yer almışdı.

Yekun siyahıda 30 futbolçu olacaq.

***

“Qızıl Top” mükafatı uğrunda mübarizə aparan daha 5 namizədin adı bəlli oldu.

Bunlar “Mançester Siti” komandasının üzvü Kevin De Bruyne, “Bayern”in polşalı futbolçusu Robert Levandovski, “Mançester Yunayted”in ispaniyalı qapıçısı Devid De Gea və “Tottenham” komandasının futbolçusu Harri Keyndir.

Beşliyi isə “AS Roma” komandasının bosniya və hersoqovinalı üzvü Edin Ceko tamamlayır.

***

“Qızıl top” mükafatına namizəd daha 5 oyunçunun adı açıqlanıb.

Publika.az “France Football” saytına istinadən xəbər verir ki, ikinci “beşlik”də İspaniyanın "Barselona" komandasından Luis Suares, "Real Madrid"dən müdafiəçi Serxio Ramos və "Atletiko" komandasından qapıçı Yan Oblakdır.

İngiltərə təmsilçisi "Liverpul"un yarımmüdafiəçisi Filippe Koutinyo və İtaliyanın "Napoli"komandasının hücumçusu Dris Mertens də “Qızıl top”a iddialıdır.

***

Hər il dünyanın ən yaxşı futbolçusuna təqdim edilən “Qızıl Top” (Ballon d'Or) mükafatı siyahısında yer alan 30 namizədin adı açıqlanıb.

Publika.az “France Football” saytına istinadən xəbər verir ki, siyahının ilk beşliyi artıq ictimaiyyətə təqdim edilib.

İlk beşliyə bu il İspaniyanın “Barselona” klubundan Fransanın “PSJ” klubuna 222 milyona transfer edilən Neymar başçılıq edir.

Siyahıda İspaniyanı “Real” klubundan xorvatiyalı Luka Modriç və braziliyalı Marselo təmsil edir.

Ən yaxşı futbolçuların ilk beşliyini “Çelsi” forması geyinən N`Qolo Kante və “Yuventus” klubunun argentinalı futbolçusu Paulo Dibala tamamlayır.

Digər namizədlərin adları isə gün ərzində açıqlanacaq.

Qeyd edək ki, “Qızıl Top” mükafatı 1956-cı ildən bəri “France Football” tərəfindən verilir. Mükafatın rekordmenləri isə “Barselona”nın ulduzu Lenoel Messi (5 dəfə) və “Real”ın hücumçusu Kristiani Ronaldodur (4 dəfə).

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR