ABŞ-ın kənarda qaldığı mübarizədə Fələstin rekord vurdu
Bizi izləyin

İdman

ABŞ-ın kənarda qaldığı mübarizədə Fələstin rekord vurdu

Futbol üzrə Dünya Kubokunun Şimali Amerika seçimləri başa çatıb.

Publika.az xəbər verir ki, səfərdə “Trinidad Tobaqo” komandasına 2-1 hesabı ilə məğlub olan ABŞ yığması Dünya Kubokuna qatılma şansını əldə edə bilməyib.

ABŞ 1986-cı ildən sonra ilk dəfə Dünya Kubokunda yer almayacaq.

Seçimlərə qatılan Meksika, Kosta Rika və Panama yığmaları isə kubok oyunlarına birbaşa qatılmaq şansı əldə edib.

ABŞ-dan fərqli olaraq, Fələstin yığma komandası Asiya seçmələrinin D qrupunda rekorda imza atıb. Komanda qrupun 4-cü matçında qarşılaşdığı Butan komandasını 10-0 hesabı ilə məğlub edib.

Bu nəticə ilə 4/4 edən və qrupdakı liderliyini təminat altına alan komanda səfərdə Maldiv təmsilçisi ilə qarşılaşacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm