“Real” sürpriz trensferini açıqladı - Onun əvəzinə 3 futbolçusunu verəcək
Bizi izləyin

İdman

“Real” sürpriz trensferini açıqladı - Onun əvəzinə 3 futbolçusunu verəcək

Madridin “Real” klubu heyətinə yeni ulduz qatmaq niyyətindədir.

Publika.az xəbər verir ki, klub nəyin bahasına olursa-olsun "Tottenhem"in gənc ulduzu Harri Keyni transfer etmək istədiyini açıqlayıb.

Hətta "Real" H.Keynin qarşılığında 3 ulduzunu "Tottenhem"ə təklif edəcəyini bildirib. Onlar Kərim Benzema, Qaret Beyl və “Qızıl Top”a namizəd olan Luka Modriçdir.

Qeyd edək ki, "Real" bu 3 futbolçunu ümumilikdə 166 milyon avro qarşılığında heyətinə qatmışdı. "Kral Klubu" Q.Beyli "Tottenhem"dən 101, L.Modriçi 30 milyon avroya transfer etmişdi. K.Benzema isə "Lion"dan 35 milyon avroya alınmışdı.

Klubun transfer etmək istədiyi, "Tottenhem"in 24 yaşlı yetirməsi Keynə isə "Transfermarkt" 60 milyon avro qiymət qoyub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm