• USD 1,7000 0,00% EUR 1,9961 0,00%
    • GBP 2,3335 0,00% RUB 0,0234 0,00%

Arda Turanın yerini bu futbolçu dolduracaq - BARSELONADAN AÇIQLAMA

  • İdman
  • 14 Oktyabr 2017 16:43
  • 1 627 Baxış
Arda Turanın yerini bu futbolçu dolduracaq - BARSELONADAN AÇIQLAMA

İspaniyanın "Barselona" futbol klubu Türkiyəli ulduz Arda Turanın klubdan ayrılmasından dərhal sonra hərəkətə keçib.

Publika.az xəbər verir ki, klub bu mövsümün fasiləsi zamanı "Liverpul” komandasının ulduzu Filip Kountinyonu heyətinə qatacaq.

Klubun icraçı direktoru Oskar Qrau yayda ala bilmədikləri braziliyalı ulduz üçün mübarizəni qışda davam etdirəcəklərini deyib: "Kountinyo və ya başqa bir oyunçunu da heyətə qatmağa maliyyəmiz kifayət qədərdir. İstəyimiz isə mümkün qədər rəqabətcil heyət qurmaqdır. Oyunçu satmasaq da, yeni futbolçu alacağıq".

Qeyd edək ki, "Liverpul" Kountinyo üçün "Barselona"dan 200 milyon avro tələb etmişdi. “Barselona” bu məbləğə razı olamdığı üçün də transfer baş tutmamışdı.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR