
“Zirə” komandası Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb.
Publika.az xəbər verir ki, qəsəbə təmsilçisi VIII tur çərçivəsində qəbul etdiyi “Kəpəz”i üstələyib - 3:0.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Təmkin Xəlilzadənin dublu və Riçard Qadzenin qolu ilə 3 xal əldə edib.
Qeyd edək ki, ilk oyun günündə “Qarabağ” “İnter”i 2:0 hesabı ilə məğlub edib. Bu gün daha bir oyun keçiriləcək. Sumqayıtda şəhərin eyni adlı təmsilçisi “Qəbələ”ni qəbul edəcək. Turun son matçı isə oktyabrın 15-də “Səbail” və “Neftçi” arasında olacaq.
"Zirə” – "Kəpəz” 3:0
Qollar: Təmkin Xəlilzadə 47, 64; Riçard Qadze 76.