"Yuventus"u məğlub edən tapıldı - - VİDEO
Bizi izləyin

İdman

"Yuventus"u məğlub edən tapıldı - - VİDEO

İtaliya A seriyasında 8-ci tur sensasiyayla başlayıb.

Publika.az xəbər verir ki, çempion "Yuventus" evdə gözlənilmədən "Latsio"ya məğlub olub. Qonaq komanda 2:1 hesabı ilə qalib gəlib. Bu, Turin təmsilçisinin 2017/2018 mövsümündə ölkə çempionatındakı ilk məğlubiyyəti olub.

Qeyd edək ki, "Yuventus" və "Latsio" 8 turdan sonra turnir cədvəlində 2-3-cü pillələri bölüşdürürlər.

"Yuventus" - "Latsio" - 1:2
Qollar:
Duqlas Kosta, 24 (1:0), Çiro İmmobile, 47 (1:1), 54-pen (1:2)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm