
Futbol üzrə İngiltərə Premyer Liqasında 8-ci turun oyunları keçirilib.
Publika.az xəbər verir ki, Çempionlar Liqasında “Qarabağ”la bir qrupda yer alan “Çelsi” növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə autsayder “Kristal Pelas”la qarşılaşıb. Ağdam klubunun rəqibi bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Hazırda “Zadəganlar” 13 xalla 20 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.