• USD 1,7000 0,00% EUR 2,0014 -0,31%
    • GBP 2,3463 -0,22% RUB 0,0234 -0,43%

İngiltərə çempionatında bir oyunda 9 qol - VİDEO

  • İdman
  • 14 Oktyabr 2017 23:29
  • 742 Baxış
İngiltərə çempionatında bir oyunda 9 qol

İngiltərə Premyer Liqasında 8-ci tura start verilib.

Publika.az xəbər verir ki, turun ilk oyununda “Liverpul” “Mançester Yunayted”i qəbul edib. Bu oyunda hesab açılmayıb.

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Çelsi” də ilk oyun günündə meydana çıxıb. “Zadəganlar” cari mövsümdə xala həsrət olan “Kristal Pelas”ın qonağı olub. Lakin "zadəganlar" gözlənilmədən bu oyunda məğlub olublar.

"Arsenal" da "Uotford"la oyundan məğlub ayrılmaqla təəccübləndirib.

Əvəzində "Tottenhem"lə "Mançester Siti" doğma meydanda qələbəyə sevinib. Xüsusilə "şəhərlilər"in "Stok Siti" üzərində 7 qolluq qələbəsi diqqət çəkib.

İngiltərə Premyer Liqası, 8-ci tur

14 oktyabr

Liverpul - Mançester Yunayted 0:0

Bernli - Vest Hem 1:1

Qol: Vud, 85 - Antonio, 19.

Kristal Pelas - Çelsi 2:1

Qol: Aspilikueta, 11-öz qapısına. Zaha, 45 - Bakayoko, 18.

Mançester Siti - Stok Siti 7:2

Qol: Q.Jesus, 17; 55. Sterlinq, 19. D.Silva, 27. Fernandinyo, 60. Sane, 62. B.Silva, 79 - Diuf, 44. Uolker, 47-öz qapısına.

Suonsi - Haddersfild 2:0

Qol: Abraham, 42; 48.

Tottenhem - Bornmut 1:0

Qol: Eriksen, 47.

Uotford - Arsenal 2:1

Qol: Dini, 71-pen. Kleverli, 90 - Mertezaker, 39.

15 oktyabr

16:30 Brayton - Everton
19:00 Sautqempton - Nyukasl

16 oktyabr

23:00 Lester - Vest Bromviç

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR