İdman
ÇL, 3-cü tur: “Mançester Siti” “Napoli”yə qarşı, “Beşiktaş” “Monako” səfərində

Bu gün Çempionlar Liqasının qrup mərhələsində III tura start veriləcək. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 32 komanda növbəti oyunlarına çıxacaqlar.
İki gün davam edəcək turun ilk günündə bütün qarşılaşmalar eyni vaxtda başlayacaq. E qrupunun favoritləri “Liverpul”la “Sevilya” səfər sınağına çıxacaq. Sonuncular Moskvada “Spartak”ın heç-heçə seriyasını dayandırmaq üçün mübarizə aparacaq. İlk qələbə arzusunda olan “Liverpul” isə qrupun autsayderi “Maribor”u xalsız qoymalıdı.
D qrupunun lideri “Mançester Siti” əsas rəqibi “Napoli” ilə qarşılaşacaq. İngiltərə klubu “ekvator xətti”nə 100 faizlik nəticə ilə çatmaq üçün ev oyununda da qalib gəlməlidi. İtaliyalılar isə liderdən uzaq düşməmək üçün səfər xalına ehtiyacı var. Neapolluların büdrəməsi Hollandiyada görüşəcək rəqiblərə sərf edəcək. Çünki “Şaxtyor” 2-ci pillədə möhkəmlənmək, “Feyenoord” bu mövqeyə yiyələnmək şansına malikdi.
Azərbaycanda da kifayət qədər azarkeşi olan “Beşiktaş” səfərdə “Monako” ilə görüşəcək. Ardıcıl iki qələbə ilə fanatlarını sevindirən Türkiyə klubu autsayderi də itkisiz keçməyə köklənib. Qazanılacaq qələbə istanbulluları 1/8 finala daha da yaxınlaşdıracaq. Təbii ki, G qrupunda keçiriləcək digər matçın nəticəsi də “Beşiktaş” üçün əhəmiyyət daşıyır. Həmin matçda “Leypsiq” “Porto”nu qəbul edəcək.
İlk oyun gününün mərkəzi qarşılaşması H qrupunda baş tutacaq. İlk iki görüşdə qələbələri sıralayan “Real”la “Tottenhem” Madriddə görüşəcək. Qalib gələn komanda dövrəni vahid lider kimi tamamlayacaq. Qrupun autsayderləri “Borussiya” və APOEL isə Kiprdə üz-üzə gələcək. Hər iki komanda ilk xal üçün mübarizə aparacaq. Bu görüşdəki məğlubiyyət 1/8 final şanslarını minimuma salacaq.
Çempionlar Liqası. Qrup mərhələsi, III tur
17 oktyabr
E qrupu
22:45. “Maribor” (Sloveniya) - “Liverpul” (İngiltərə)
22:45. “Spartak” (Rusiya) - “Sevilya” (İspaniya)
1. |
Sevilya |
2 |
1 |
1 |
0 |
5-2 |
4 |
2. |
Liverpul |
2 |
0 |
2 |
0 |
3-3 |
2 |
3. |
Spartak |
2 |
0 |
2 |
0 |
2-2 |
2 |
4. |
Maribor |
2 |
0 |
1 |
1 |
1-4 |
1 |
F qrupu
22:45. “Feyenoord” (Hollandiya) - “Şaxtyor” (Ukrayna)
22:45. “Mançester Siti” (İngiltərə) - “Napoli” (İtaliya)
1. |
Mançester Siti |
2 |
2 |
0 |
0 |
6-0 |
6 |
2. |
Şaxtyor |
2 |
1 |
0 |
1 |
2-3 |
3 |
3. |
Napoli |
2 |
1 |
0 |
1 |
4-3 |
3 |
4. |
Feyenoord |
2 |
0 |
0 |
2 |
1-7 |
0 |
G qrupu
22:45. “Leypsiq” (Almaniya) - “Porto” (Portuqaliya)
22:45. “Monako” (Fransa) - “Beşiktaş” (Türkiyə)
1. |
Beşiktaş |
2 |
2 |
0 |
0 |
5-1 |
6 |
2. |
Porto |
2 |
1 |
0 |
1 |
4-3 |
3 |
3. |
Leypziq |
2 |
0 |
1 |
1 |
1-3 |
1 |
4. |
Monako |
2 |
0 |
1 |
1 |
1-4 |
1 |
H qrupu
22:45. “Real” (İspaniya) - “Tottenhem” (İngiltərə)
22:45. APOEL (Kipr) - “Borussiya” (Dortmund, Almaniya)
1. |
Tottenhem |
2 |
2 |
0 |
0 |
6-1 |
6 |
2. |
Real |
2 |
2 |
0 |
0 |
6-1 |
6 |
3. |
Borussiya D. |
2 |
0 |
0 |
2 |
2-6 |
0 |
4. |
APOEL |
2 |
0 |
0 |
2 |
0-6 |
0 |

-
Qoroskop00:15
Günün qoroskopu: Böyük xərclərdən çəkinmək məsləhətdir
-
Dünya28 Aprel 23:40
Hindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri
-
Magazin128 Aprel 21:48
Azərbaycanın Xalq artisti yıxıldı, qolu sındı
-
Nida Xəbər 28 Aprel 20:50
“Bir görəydim ayrılığı kim saldı?” - Pezeşkianın Bakıda ayaqda alqışlandığı anlar - VİDEO
-
Hadisə28 Aprel 20:30
Gəncədə ağır qəza - Xəsarət alanlar var
-
Hadisə28 Aprel 19:50
Aeroport yolunda 1 saatlıq tıxaca səbəb olan qəzanın görüntüləri - VİDEO
-
Kriminal28 Aprel 19:30
Bako Sahakyan Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqlədi
-
Nida Xəbər 28 Aprel 18:55
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian