"Atletiko" Qarabağ təyyarəsi ilə uçdu - RƏQİB ARTIQ BAKIDADIR
Bizi izləyin

İdman

"Atletiko" Qarabağ təyyarəsi ilə uçdu - RƏQİB ARTIQ BAKIDADIR

Çempionlar Liqasının qrup mərhələsində doğma "Qarabağ” klubunun rəqibi olan "Atletiko” komandasının heyəti Bakıya gəlib.

Publika.az xəbər verir ki, komanda 18 oktyabrda keçiriləcək "Qarabağ”-"Atletiko” oyunu üçün ölkəmizə təşrif buyurub.

“Hindular” Azərbaycana gəlmək üçün “AZAL” hava yollarından çarter reysi sifariş edib. Şirkət isə rəqib komanda üçün "Karabakh” adlı "Airbus 340-500” təyyarəsini göndərib.

Bu barədə klubun instaqram səhifəsindən məlumat verilib.

Qeyd edək ki, tarixi matç 18 oktyabr saat 20:00-da, “Olimpiya” stadionunda baş tutacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm