
Futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu turun ilk oyunu keçirilib.
Publika.az xəbər verir ki, "Dalğa Arena"da "Səbail" "İnter"i qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
3-cü qələbə sayəsində xallarını 9-a çatdıran "Səbail" 5-ci pilləyə yüksəlib. Ardıcıl 3-cü məğlubiyyətlə üzləşən "İnter" isə 6-cı pilləyə enib.
Qeyd edək ki, oktyabrın 21-də "Kəpəz" - "Neftçi" və "Sumqayıt" - "Zirə", oktyabrın 22-də isə "Qəbələ" - "Qarabağ" matçı keçiriləcək.