• USD 1,7000 0,00% EUR 1,9961 +0,31%
    • GBP 2,3335 +0,63% RUB 0,0234 +0,43%

“Çelsi”-“Qarabağ” matçında möhtəşəm sürprizlər olacaq - AÇIQLAMA

  • İdman
  • 21 Oktyabr 2017 14:14
  • 1 289 Baxış
“Çelsi”-“Qarabağ” matçında möhtəşəm sürprizlər olacaq - AÇIQLAMA

Ötən gün Türkiyənin “Sabah” qəzetinin yazarı Mövlud Tezel “Qarabağ” futbol klubunun azarkeşlərini təhqir edən yazı yazmışdı.

Publika.az xəbər verir ki, yazar bir neçə “Qarabağ” azarkeşinin təşkil etdiyi plakatı ələ salaraq “dünyanın ən əzik və gülməli” xoreoqrafiyası adlandırmışdı.

Bu yazı bütün “Qarabağ” azarkeşlərini və sosial şəbəkə istifadəçilərini hiddətləndirdi. İstifadəçilər yazının fotosunu paylaşaraq müxtəlif haştağlar açdı və yazının saytdan çıxarılmasına nail ola bildi.

Məsələ ilə bağlı “Qarabağ” futbol klubunun mətbuatla əlaqələr şöbəsinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. O, məsələdən xəbərdar olduğunu bildirdi:

“Hər hansı bir saytın bunu işıqlandırması çox üzücü hadisədir. Azarkeşlərin etirazları sayəsində yazı silindi və həmin yazar üzr istədi. Komandaya bu cür dəstəklərin olunması çox xoş oldu.

Biz bir neçə dəfə böyük bayraqlarla və müxtəlif posterlərlə xoreoqrafiya hazırlamışıq. Ancaq xoreoqrafiya hazırlamaq təkcə klubun işi deyil. Dünyanın hər yerində belədir. Bu daha çox azarkeşlərin üzərinə düşən məsuliyyətdir. Əgər azarkeşlər kluba müraciət edib belə bir ideyalarını olduğunu bildirsə, klub bunu sevə-sevə dəstəkləyər. Xoreoqrafiyaların uğurlu alınması üçün azarkeş tribunasının tamamilə dolması lazımdır. Əks halda yarımçıq alınır.

Bizim planlarımızda növbəti matçlarda tam fərqli bir xoreoqrafiya təşkil etmək var idi. Ancaq qeyd edim ki, bu, məhz həmin yazarın iradlarından sonra nəzərdə tutulmayıb. Lap əvvəldən düşünmüşdük. “Çelsi”-“Qarabağ” oyununda bütün stadionun dolmasını ehtimal edirdik, buna görə də fərqli bir kompozisiya hazırlamağı planlaşdırmışdıq. Hər şey öz yolunda getsə, növbəti matçda azarkeşlərin dəstəyi ilə maraqlı bir xoreoqrafiya təşkil edəcəyik”.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR