Zidan ilin ən yaxşı məşqçisidir
Bizi izləyin

İdman

Zidan ilin ən yaxşı məşqçisidir

"Real"ın baş məşqçisi Zinəddin Zidan FİFA versiyası üzrə 2017-ci ilin ən yaxşı məşqçisi seçilib.

Publika.az xəbər verir ki, o, bu ad uğrunda mübarizədə "Çelsi"nin baş məşqçisi Antonio Konte və "Yuventus"un çalışdırıcısı Massimiliano Alleqrini qabaqlayıb.

Londonda keçirilən mərasimdə ona mükafatı 2016-cı ilin ən yaxşı məşqçisi seçilmiş Klaudio Ranyeri təqdim edib.

"Real" 2017-ci ildə Zidanın rəhbərliyi altında İspaniya çempionatı, Çempionlar Liqası, UEFA Superkuboku və İspaniya Superkubokunun qalibi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm