Stallonedən qalmaqallı paylaşım: “Ayağa qalx, diz çökdüyün üçün onlar böyük görünür”
Bizi izləyin

İdman

Stallonedən qalmaqallı paylaşım: “Ayağa qalx, diz çökdüyün üçün onlar böyük görünür”

Məşhur aktyor Silvester Stallone “Qalatasaray”-“Fənərbaxça” matçında "cimbom" tərəfdarlarının təşkil etdiyi “Rocky Balboa” xoreoqrafiyasını paylaşıb.

Publika.az xəbər verir ki, aktyor qalmaqallara səbəb olan xoreoqrafiyanı 4 milyon izləyicisi ilə bölüşüb və “Türkiyədə oynanan nəhəng futbol matçından” şərhini yazıb.

Qeyd edək ki, derbidə göstərilən xoreoqrafiya terrorçu lider Fəthullah Gülənin sözlərindən istifadə olunduğuna görə qalmaqala səbəb olmuşdu. Mübahisələrdən sonra Türkiyənin Baş naziri Binəli Yıldırım Gənclər və İdman Nazirliyinə xoreoqrafiyanın araşdırılması ilə bağlı göstəriş vermişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm