Sevgilisi hamilə olan Ronaldo gənc qızı otelə dəvət etdi və...
Bizi izləyin

İdman

Sevgilisi hamilə olan Ronaldo gənc qızı otelə dəvət etdi və...

“Real” klubunun ulduzu Kristiano Ronaldo hamilə sevgilisi Corcina Rodriqezi başqa qadınla aldadıb.

Publika.az xəbər verir ki, gündəmə çevrilən bu xəbər Portuqaliya mediası tərəfindən yayılıb.

Medianın iddialarına görə, K.Ronlado bir oteldə gənc qadınla görüşüb.

Bu qadın isə “Guia TV”nin populyar proqramlarından “Mujeres y Hombres y Viceversa” yarışmasının üzvü, 21 yaşlı Nataşa Sofiya olub. K.Ronaldonun ona instaqramdan mesaj atdığını deyən gənc qız bundan çox təəccübləndiyini və bir müddət söhbət etdiklərini etiraf edib.

Nataşa portuqaliyalı ulduzun ona bir neçə dəfə görüş təklif etdiyini deyib. Gənc qız iki dəfə onun təklifini rədd edib, lakin üçüncü dəfə razılaşıb.

K.Ronaldo ilə “möhtəşəm bir gecə” keçirdiyini deyən Nataşa evə qayıdarkən taksinin pulunu da ulduz futbolçu verib. Bu görüşdən sonra Ronaldo Nataşanı bütün sosial şəbəkə hesablarında blok edib.

Nataşa Sofiya Ronaldo ilə münasibətləri olmasını etiraf etsə də, hər hansı bir sübut gətirməyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm