• USD 1,7000 0,00% EUR 1,9961 0,00%
    • GBP 2,3335 0,00% RUB 0,0234 0,00%

Daha 2 boksçumuz AÇ-nin yarımfinalında

  • İdman
  • 25 Oktyabr 2017 23:29
Daha 2 boksçumuz AÇ-nin yarımfinalında

Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyində 1/4 final mərhələsinə yekun vurulub.

Publika.az xəbər verir ki, mərhələnin son günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxıb.

Onlardan daha 2-si yarımfinala yüksəlməklə, bürünc medalı təmin ediblər.

Belə ki, 49 kq çəki dərəcəsində mübarizə aparan Həsən İbrahimov Nikita Diniyevlə (Ukrayna) qüvvəsini sınayıb. Görüş boksçumuzun 5:0 hesablı qələbəsi ilə başa çatıb.

75 kq çəki dərəcəsində yığmamızın şərəfini qoruyan Amin Kuşkov da döyüşünü xeyrinə bitirib. O, fransalı Moreno Fenderonu 4:1 hesabı ilə məğlub edib.

Beləliklə, yarımfinala yüksələn boksçularımızın sayı 4-ə çatıb. Oktyabrın 27-də keçiriləcək döyüşlərdə Həsən İbrahimov (49 kq) Sahil Alahverdovı ilə (Gürcüstan), Amin Kuşkov (75 kq) İvan Papakinlə (Ukrayna), Surət Qarayev (81 kq) Ruslan Kolesnikovla (Rusiya) və Məhəmməd Abdullayev (+91 kq) Yosip Biletiçlə (Xorvatiya) üz-üzə gələcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR