• USD 1,7000 0,00% EUR 2,0077 +0,03%
    • GBP 2,3515 +0,18% RUB 0,0235 +0,85%

“PSJ” 222 milyona bəla transfer edib – Klubda böhran

  • İdman
  • 26 Oktyabr 2017 13:22
  • 1 964 Baxış
“PSJ” 222 milyona bəla transfer edib – Klubda böhran

Fransanın “PSJ” futbol komandasının 222 milyon avroya “Barselona”dan transfer etdiyi Neymar klubdaxili mübahisələrə səbəb olub.

Publika.az xəbər verir ki, dünyanın ən bahalı transfer sahibinə verilən üstünlüklər digər futbolçuları hiddətləndirib.

“Le Parisien” qəzetinin verdiyi məlumata görə, Neymarın meydançada göstərdiyi özündənrazı hərəkətlərin arxasında klub rəhbərliyinin ona verdiyi imtiyazlar yatırmış.

Belə ki, klub Neymar üçün 2 özəl fizioterapiyaçı ayırıb. Məşqdə Neymara sərt müdaxilələr etmək qadağan edilib. Klubdaxili böhrana ən çox məhz bu qadağa səbəb olub.

Klubdakı bütün futbolçular yalnız komandanın loqosu olan məhsullardan istifadə etmək məcburiyyətindədir. Ancaq Neymar reklamında çəkildiyi bütün firmaların məhsullarından istifadə edə bilər.

Ötən mövsümdə Kavani ilə penalti mübahisəsi yaşayan Neymara bu mövzuda da üstünlük təmin edilib. Belə ki, bundan sonra bütün penalti zərbələrini Neymar yerinə yetirəcək.

Bütün bunlarla yanaşı, yaxın 5 ildə Neymarın qazandığı hər “Ballon d'Or” mükafatına “PSJ” 3 milyon avro mükafat verəcək.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR