Millimizdə Prosineçki dövrü bitdi - RƏSMİ
Bizi izləyin

İdman

Millimizdə Prosineçki dövrü bitdi - RƏSMİ

Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki arasında görüş keçirilib.

Publika.az AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan futbolunun hazırkı vəziyyəti, gələcək perspektivlərinin geniş müzakirə olunduğu görüşdə Robert Prosineçki ilə mövcud müqavilənin qarşılıqlı razılıq əsasında uzadılmaması barədə razılığa gəlinib.

AFFA rəhbərliyi Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində səmərəli fəaliyyətinə görə Robert Prosineçkiyə minnətdarlığını bildirib, gələcək karyerasında ona uğurlar arzulayıb.

Görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib.

Xatırladaq ki, millimiz R.Prosineçkinin rəhbərliyi altında DÇ-2018-in seçmə mərhəlisini 10 xalla 5-ci pillədə başa vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm