"Barselona" "Nou Kamp"ın adını satır
Bizi izləyin

İdman

"Barselona" "Nou Kamp"ın adını satır

"Barselona" klubu əsas komandanın ev oyunlarını keçirdiyi "Kamp Nou" stadionunun adını rekord məbləğə dəyişə bilər.

Publika.az xəbər verir ki, "Grifols" əczaçılıq şirkəti 340 milyon avro qarşılığında Kataloniya təmsilçisi ilə 30 illik müqavilə bağlamağa hazırdır. Tərəflər arasında razılıq əldə olunarsa, arena "Camp Nou Grifols" adlanacaq.

1957-ci ildə inşa edilən stadionun tutumu 99354 nəfərlikdir. "Barselona" rəhbərliyi əldə olunacaq gəlirin böyük hissəsini arenanın yenidən qurulmasına sərf etməyi düşünür. Yenidənqurma işlərinə 2019-cu ildə start veriləcək. Bunun üçün 600 milyon avro tələb olunur. Vəsaitin 1/3-i sponsorlardan daxil olacaq. Beləliklə, klub rəhbərliyi stadionun rekonstruksiyası üçün lazımi vəsaiti tam ödəyə biləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm