FHN qurumları arasında çempionat keçirildi
Bizi izləyin

İdman

FHN qurumları arasında çempionat keçirildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Klubu və FHN işçilərinin həmkarlar ittifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında voleybol çempionatı keçirilib.

FHN-dən Publika.az-a bildiriblər ki, çempionatın ilk üç günü nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin idman zalında, yarımfinal və final mərhələsi isə Azərbaycan Voleybol Federasiyasında təşkil olunub. Yarışda 160-a yaxın idmançının təmsil olunduğu 13 komanda qüvvəsini sınayıb.

Gərgin idman mübarizəsi şəraitində keçən final görüşündə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin komandasını məğlub edən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin kollektivi yarışın qızıl medalına layiq görülüb. Üçüncü yerə isə Mülki Müdafiə Qoşunlarını məğlub edən Dövlət Yanğın Nəzarəti Xidmətinin komandası çıxıb.

Mükafatlandırma mərasimində çıxış edən FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov və FHN-in İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev yarışda iştirak etmiş komandaları təbrik edib, onlara növbəti oyunlarda uğurlar arzulayıb.

Sonda qalib komandalara kubok, medal və diplomlar təqdim edilib.

Yarışın baş hakimi Səbuhi Əliyev olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm