İdman
Azərbaycan millisi Çempionlar Liqasının qalibinə tapşırıla bilər
Futbol üzrə Azərbaycan milli komandasına Roberto Di Matteo baş məşqçi təyin oluna bilər.
Publika.az bildirir ki, bu barədə "Report" "Tuttomercato" nəşrinə istinadən məlumat yayıb. Məlumata görə, AFFA rəhbərliyi italiyalı mütəxəssislə əlaqə saxlayıb.
Di Matteoya yığmanın sükanı arxasında Robert Prosineçkini əvəzləməsi təklif olunub. Onun təklifə reaksiyası məlum deyil. Prosineçki ilə müqavilənin uzadılmayacağı oktyabrın 26-da açıqlanıb.
Qeyd edək ki, Roberto Di Matteo baş məşqçi karyerası ərzində ən böyük uğurunu İngiltərənin "Çelsi" komandasında ikən qazanıb. Onun rəhbərliyi altında "zadəganlar" 2011-2012 mövsümündə Çempionlar Liqasını qazanıblar. "Qarabağ"ın hazırkı rəqibi üçün bu titul qitənin ən nüfuzlu klub turnirində hələlik yeganədir. 47 yaşlı mütəxəssisin "Çelsi"dən sonra Almaniyanın "Şalke" (2014-2015) və İngiltərənin "Aston Villa" (2016) komandalarına da rəhbərlik edib.
11 gün əvvəl İngiltərənin "Aston Villa" klubu ilə yollarını ayırıb.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO