Dünya çempionu beyin qanaması keçirdi – İnfarkt təhlükəsi var
Bizi izləyin

İdman

Dünya çempionu beyin qanaması keçirdi – İnfarkt təhlükəsi var

Ağır atletika üzrə Dünya, Olimpiya və Avropa çempionu Naim Süleymanoğlu beyin qanaması keçirib.

Publika.az xəbər verir ki, qara ciyər transplantasiyası əməliyyatı keçirən türkiyəli idmançı oktyabrın 6-dan etibarən reanimasiya şöbəsində müalicə alıb.

Lakin bir müddət sonra vəziyyəti pisləşib və epileptik tutmaları olub. Həkimlər beyninə qan sızan idmançıda beyin ödemi, qanama olduğunu bildirib. Uzun müddət reanimasiya şöbəsində qaldığı üçün infeksiyalara qarşı müalicə də tətbiq edilib.

N.Süleymanoğlunun beyin damarlarında genişlənmə və genişlənməyə bağlı qanmalar var. Şüuru yarımqapalı olduğu üçün infarkt keçirmək riski yüksəkdir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm