“Qarabağ” - “Atletiko” oyununun hakimi bəlli oldu
Bizi izləyin

İdman

“Qarabağ” - “Atletiko” oyununun hakimi bəlli oldu

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın "Atletiko" ilə matçının hakim təyinatları açıqlanıb.

Qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim türk əsilli Dəniz Aytəkin olacaq.

Baş hakim: Dəniz Aytəkin

Köməkçi hakimlər: Quido Kleve, Markus Hesker

Əlavə hakimlər: Daniel Zibet, Benjamin Brand

Dördüncü hakim: Eduard Beytinqer

Qeyd edək ki, "Atletiko" - "Qarabağ" oyunu oktyabrın 31-də, Bakı vaxtı ilə saat 23:45-də baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm