“Qarabağ” - “Çelsi” oyunu üçün ingilislərə nə qədər bilet ayrıldı?
Bizi izləyin

İdman

“Qarabağ” - “Çelsi” oyunu üçün ingilislərə nə qədər bilet ayrıldı?

"Qarabağ" Çempionlar Liqasında son ev oyununu “Çelsi" ilə oynayacaq.

Publika.az xəbər verir ki, artıq qonaq komandaya ayrılacaq biletlərin sayı açıqlanıb. İngilis azarkeşlərə 3664 bilet ayrılıb. Biletlər 2-10 noyabrda satışda olacaq.

Biletlərin qiyməti 4,5 funt sterlinq (10 manat) müəyyənləşdirilib.

Qeyd edək ki, “Qarabağ” - “Çelsi” matçı noyabrın 22-də, saat 21:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm