Neymar “Barselona”ya qayıtdı
Bizi izləyin

İdman

Neymar “Barselona”ya qayıtdı

222 milyon avro qarşılığında Fransanın “PSJ” klubuna transfer edilən Neymar hər kəsi təəccübdə qoyub.

Publika.az xəbər verir ki, braziliyalı ulduz “Barcelona”nın məşqinə qatılıb.

Cəzalı olduğu üçün “PSJ”-nin bu həftəki matçında forma geyinməyən Neymarın keçmiş klubuna qatılması azarkeşləri tərəddüd içində qoyub.

Qalmaqallı formada klubu tərk etməsinə rəğmən, Neymar “Barselona”da xoş qarşılanıb. Hətta “Barselona” klubu rəsmi tvitter hesabında Neyamrın fotosunu paylaşıb.

Neymar daha çox Luiz Suarez və Lionel Messi ilə söhbətləşib. Onun bu ziyarəti yeni iddiaların çıxmasına səbəb olub. “La Porteria” qəzeti Neymarın Parisdəki həyatına uyğunlaşa bilmədiyini və “Barselona”dan ayrılıdığına peşman olduğunu yazıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm