Ansi Aqolli: "Əlimizdən gələni edəcəyik ki, Madriddən yaxşı nəticə ilə ayrılaq"
Bizi izləyin

İdman

Ansi Aqolli: "Əlimizdən gələni edəcəyik ki, Madriddən yaxşı nəticə ilə ayrılaq"

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 31-də İspaniyada “Atletiko”nun qonağı olacaq “Qarabağ”ın futbolçusu Ansi Aqolli oyunöncəsi mətbuat konfransında iştirak edib.

"Report"un məlumatına görə, albaniyalı müdafiəçi onları çətin oyun gözlədiyini deyib:

“Baş məşqçi ilə tam razıyam. Bu komanda ilə Bakıdakı oyunumuz da çətin olmuşdu. Fikrimcə, burdakı qarşılaşma da bu cəhətdən fərqlənməyəcək. Əlimizdən gələni edəcəyik ki, burdan yaxşı nəticə ilə ayrılaq”.

"Metropolitano" stadionunda keçiriləcək "Atletiko" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm