“Atletiko”-“Qarabağ” matçına bütün dünya baxacaq - Canlı yayım edəcək kanallar
Bizi izləyin

İdman

“Atletiko”-“Qarabağ” matçına bütün dünya baxacaq - Canlı yayım edəcək kanallar

Bu gün "Qarabağ" futbol klubu Çempionlar Liqasının qrup mərhələsinin IV turunda İspaniyanın "Atletiko" klubunun qonağı olacaq.

Publika.az xəbər verir ki, saat 23:45-də, Madridin "Vanda Metropolitano" stadionunda baş tutacaq qarşılaşma ölkəmizdə “AzTv” telekanalı vasitəsilə yayımlanacaq.

Qonşu Türkiyədə isə matç “Tivibu Spor 2” telekanalından veriləcək.

Bununla yanaşı, tarixi qarşılaşma “İTV”, “BBC”, “Al Jazeera Sports”, “Sky Sports”, “Gol TV”, “Canal+”, “SportTV”, “FOX Soccer”, “Setanta”, “ESPN” kimi dünya kanallarında da canlı yayımlanacaq.

Matçı internet üzərindən izləmək istəyənlər isə “Media” proqramı vasitəsilə “bet365” kanalına qoşularaq izləyə bilər.

“Qarabağ”ın yer aldığı C qrupunun digər üzvləri “Çelsi” və “Roma” da bu gün qarşılaşacaq. “Stanford Bric”də baş tutacaq matça “İdman Azrərbaycan” telekanalında baxmaq mümkün olacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm