Azərbaycan Macarıstanı məğlub edib ikinci oldu
Bizi izləyin

İdman

Azərbaycan Macarıstanı məğlub edib ikinci oldu

Azərbaycan kişilərdən ibarət yığma komandası Yunanıstanda keçirilən şahmat üzrə Avropa çempionatında mübarizəni davam etdirir.

Publika.az report-a istinadən xəbər verir ki, noyabrın 3-də Ermənistan komandasını məğlub edən (VI) Azərbaycan şahmatçıları VII turda Macarıstan üzərində 3:1 hesabı ilə qələbə qazanıb.

Azərbaycan yığması bu qələbə sayəsində xallarını 11-ə çatdıraraq turnirin ikinci pilləsinə yüksəlib. Komanda birinci yerdə qərarlaşan Rusiya millisindən bir xal geri qalır.

Azərbaycan şahmatçıları VIII turda Rusiya millisi ilə qarşılaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm