• USD 1,7000 0,00% EUR 2,0264 +0,09%
    • GBP 2,3680 +0,13% RUB 0,0233 0,00%

Daha 2 milli DÇ-2018-ə vəsiqə qazandı

  • İdman
  • 12 Noyabr 2017 00:28
  • 762 Baxış
Daha 2 milli DÇ-2018-ə vəsiqə qazandı

Tunis və Mərakeş yığmaları Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına vəsiqə qazanıb.

Publika.az xəbər verir ki, Tunis millisi Afrika qitəsi üzrə keçirilən təsnifat mərhələsinin 6-cı turunda Liviya ilə heç-heçə edib və "A" qrupunun turnir cədvəlində Konqo Demokratik Respublikası üçün əlçatmaz olub.

Rades şəhərində keçirilən görüş 0:0 hesabı ilə başa çatıb.

Mərakeş yığması isə "C" qrupunda Fil Dişi Sahilinə qalib gəlib. Abicanda baş tutan matç 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

DÇ-2018. Afrika. A Qrupu. 6-cı tur

Tunis – Liviya - 0:0

DÇ-2018 - Afrika. C Qrupu. 6-cı tur

Fildişi Sahili – Mərakeş - 0:2

0:1 – Dirar – 25, 0:2 – Benatia – 30

Mərakeş yığması 1998, Tunis isə 2006-cı ildən bu yana dünya çempionatlarında iştirak etməyib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR