İtaliya millisinin baş məşqçisi istefa verdi
Bizi izləyin

İdman

İtaliya millisinin baş məşqçisi istefa verdi

Campyero Ventura futbol üzrə İtaliya milli komandasının baş məşqçi postundan istefa verib.

Publika.az xəbər verir ki, 69 yaşlı mütəxəssis bu addımı İsveçlə 0:0 hesablı heç-heçə edərək, 2018-ci il dünya çempionatına vəsiqə qazana bilmədikləri pley-off mərhələsinin cavab görüşündən sonra atıb.

Ventura oyunun ardından telekanala açıqlama verməyib. Daha sonra o, mətbuat konfransına gəlməyib. Baş məşqçinin artıq İtaliya Futbol Federasiyası rəhbərliyini getmək istəyi barədə məlumatlandırdığı bildirilir. Tezliklə rəsmi qərarın açıqlanacağı gözlənilir.

Qeyd edək ki, İtaliya millisi səfərdə 0:1 hesabı ilə uduzduğu İsveçə evdə qalib gələ bilməyib - 0:0.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm